Bu il, hakimiyyət müstəqil nəzarətə effektiv qadağa qoymağa davam etməklə, insan hüquqlarına hörmətin kəskin azalmasına səbəb olub. Dağlıq Qarabağ regionu ilə bağlı münaqişədə baş vermiş keçmiş qanun pozuntularına dair cəzasızlıq davam edib. Müstəqil media və QHT-lər qanunsuz məhdudiyyətlərlə üzləşməyə davam edirlər. Hüquq müdafiəçiləri və fəallar qanuni fəaliyyətlərinə görə həbs olunublar. Dinc etiraz aksiyalarının qarşısı alınıb. İşgəncə və digər pis rəftar halları geniş şəkildə yayılmaqda davam edir. LGBTİ şəxslər ədalətdən məhrum ediliblər.
Zəmin
Noyabr ayında Azərbaycan COP29-a ev sahibliyi edərkən, konfrans komandasından yüksək vəzifəli şəxslərin bu imkandan istifadə edərək qalıq yanacaqlarla bağlı yeni razılaşmalar əldə etməyə çalışdıqları barədə iddialar ortaya çıxıb.
Ev Sahibi Ölkə Müqaviləsi ictimaiyyətə açıqlanmasa da, sənədin sızan versiyası insan hüquqlarının səmimi müdafiəsinin mövcud olmadığını göstərib.
Hakimiyyət, insan hüquqları mexanizmləri ilə məşğul olan təşkilatlar da daxil olmaqla, beynəlxalq hökumətlərarası qurumlar və vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlıq etməkdən imtina edərək, nəzarətə yönəlmiş səylərin qarşısını alıb.
Yanvar ayında Avropa Şurası Parlament Assambleyası (AŞPA) ölkədə pisləşən insan hüquqları vəziyyəti və qeyri-kafi əməkdaşlığa görə Azərbaycanın etimadnamələrini dayandırdıqdan sonra, hökumət Avropa Şurasından (AŞ) və Avropa İnsan Hüquqları Konvensiyasından çıxacağını xəbərdar edib.
Hakimiyyət, fevral ayında nəzarətçilər tərəfindən həqiqi rəqabətin mövcud olmaması səbəbindən tənqid olunan və hazırkı prezidentin qalib gəldiyi erkən prezident seçkilərinin monitorinqini də məhdudlaşdırıb.
Azərbaycan, avqust ayında Ermənistandan keçməsi nəzərdə tutulan və Naxçıvan eksklavına yönələn Zəngəzur dəhlizi tələbindən imtina etməyə razılaşdıqdan sonra, Ermənistanla sülh danışıqlarında irəliləyiş əldə olunub.
Lakin sərhədlərin müəyyənləşdirilməsinə dair davam edən mübahisələr və Azərbaycanın Ermənistan Konstitusiyasındakı Dağlıq Qarabağla birliyə dair qeydlərin çıxarılması tələbləri yekun razılaşmanın əldə olunması səylərini mürəkkəbləşdirib.
Beynəlxalq humanitar hüququnun pozuntuları
Münaqişəli Dağlıq Qarabağ bölgəsi ilə bağlı hüquq pozuntularının cəzasızlığı davam edib.
Yanvarın 24-də, Azərbaycanın etimadnamələrini dayandırarkən, AŞPA Ermənistanın Laçın dəhlizi vasitəsilə Dağlıq Qarabağa girişin məhdudlaşdırılması nəticəsində yaranan ağır humanitar və insan hüquqları təsirlərini etiraf etməməsindən narahatlığını bir daha ifadə edib.
AŞPA, həmçinin, sentyabr ayında baş verən və 100.000-dən çox insanın — Dağlıq Qarabağın bütün etnik erməni əhalisinin — Ermənistana köçürülməsi ilə nəticələnən Azərbaycanın hərbi əməliyyatına dair tənqidini yenidən ifadə edib.
Onların ləyaqətli və təhlükəsiz qayıdış hüquqları hələ də həyata keçirilməyib.
İfadə və birləşmək azadlığı
Müstəqil media və QHT-lər, qeydiyyata alınmamaq və ağır hesabat tələbləri daxil olmaqla, qanunsuz məhdudiyyətlərlə üzləşməyə davam ediblər.[i] Media sektorunun əsaslı şəkildə hakimiyyətin nəzarətində olması, özünsenzuranın geniş yayılması ilə nəticələnib. Prezident seçkiləri və COP29-dan əvvəl müstəqil jurnalistlər və digər hakimiyyət tənqidçiləri üçün yeni həbs dalğaları baş verib. Aprel ayında, 2014-cü ilin AŞPA insan hüquqları mükafatının qalibi, insan hüquqları müdafiəçisi Anar Məmmədov, uydurulmuş qaçaqmalçılıq ittihamları ilə saxlanılıb və onun barəsində həbs qətimkan tədbiri seçilib. Onun həbsi, rəhbərlik etdiyi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin fevralda keçirilən prezident seçkiləri barədə hesabatının dərcindən və COP29-dan əvvəl digər insan hüquqları müdafiəçiləri ilə birlikdə İqlim Ədalət Təşəbbüsünü təsis etməsindən az sonra baş tutub.
2023-cü ildə həbs edilən 12-dən çox jurnalist qanunsuz olaraq həbsdə saxlanmaqdadırlar. Hakimiyyət həmçinin Azərbaycanın az sayda qalan müstəqil media qurumlarından ən azı 11 jurnalistin həbs qətimkan tədbiri müddətini, Qərb donorlarından maliyyə almaqla əlaqədar olaraq qondarma pul qaçaqmalçılığı ittihamları ilə uzadıb.
Martın 6-sı, polis ölkədə qalan sonuncu müstəqil xəbər kanallarından biri olan Toplum TV-yə, onunla tərəfdaş olan Demokratik Təşəbbüslər İnstitutu (İDİ) və müxalif III Respublika Platformasının ofislərinə basqın edib. Onlar Toplum TV-nin təsisçisi Ələsgər Məmmədli, jurnalisti Müşviq Cabbar, III Respublika Platformasının qurucu heyət üzvləri Akif Qurbanov və Ruslan İzzətli, eləcə də İDİ fəalları Ramil Babayev və Əli Zeynalov daxil olmaqla, jurnalistlər və fəalları qondarma ittihamlarla həbs ediblər. Müstəqil jurnalistlər İmran Əliyev aprelin 18-də və Fərid Mehralızadə mayın 29-da qondarma qaçaqmalçılıq ittihamları ilə həbs edildikdən sonra həbsdə qalmaqdadırlar.
Avqustdan noyabra qədər, prokurorlar araşdırmaçı media qurumu Abzas Medianın 2023-cü ilin noyabrından etibarən qanunsuz olaraq həbsdə saxlanılan jurnalistlərinə qarşı yeni qondarma sahibkarlıq, çirkli pulların yuyulması və vergi ödəməkdən yayınma ittihamları irəli sürüblər.
Qurumun direktoru Ülvi Həsənli və onun müavini Məhəmməd Kekalov, baş redaktor Sevinc Vaqifqızı və jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və Hafiz Babalı məhkum edilsələr, onları 8 və 12 il arasında həbs cəzası gözləyir.
İyul və avqust aylarında tədqiqatçılar İqbal Abilov və Bəhruz Səmədov qondarma xəyanət ittihamları ilə saxlanılıblar. Onlar həbs qətimkan tədbirində qalmaqdadırlar və ailələri ilə əlaqə saxlamaqdan məhrum ediliblər.
[i] “Azərbaycan: Yeniləmə: COP29 ərəfəsində Azərbaycanda insan hüquqları vəziyyəti”, 1 noyabr
Dinc toplaşma azadlığı
Toplaşma azadlığı hüququ ciddi və əsassız şəkildə məhdudlaşdırılmağa davam edir və hakimiyyət dinc etirazların iştirakçılarını həbs etməyə davam edib.
Apreldə, həmkarlar ittifaqının fəalı Ayxan İsrafilov, 2023-cü ilin avqustunda baş verən kuryerlərin etiraz aksiyasında iştirak etdiyinə görə, qondarma narkotik ittihamları ilə üç il müddətinə azadlıqdan məhrum edilib.
2023-cü ildə Gədəbəyin Söyüdlü kəndində baş verən ekoloji etirazları dəstəkləyən iki fəal da həmçinin qondarma narkotik maddələrilə məhkum ediliblər (aşağıda). Aksiyadakı plakatları hazırlayan Coşqun Musayev avqust ayında saxlanılıb və üç il müddətinə azadlıqdan məhrum edilib. Keçmiş millət vəkili Nazim Bəydəmirli, etirazları açıq şəkildə dəstəkləyəndən az sonra, oktyabr ayında həbs edilib və 8 il müddətinə azadlıqdan məhrum edilib.
İşgəncə və digər pis rəftar
İşgəncə və digər pis rəftar hallarının davam etməsi və günahkarların cəzasız qalması geniş yayılmış olaraq qalır. İyulun 3-də Avropa Şurasının İşgəncələrin Qarşısının Alınması Komitəsi müstəsna bir addım ataraq, Azərbaycanı — geniş yayılmış pis rəftar və bəzi hallarda polis tərəfindən işgəncə daxil olmaqla — əməkdaşlıqdan və uzun müddətdir davam edən narahatlıqları həll etməkdən davamlı imtina etdiyinə görə açıq şəkildə qınadı
Komitə Azərbaycan hakimiyyətini «polisin davamlı olaraq fiziki pis rəftar və ya işgəncədən istifadə etməsi ilə yanaşı təhdidlər, saxta sübutların yerləşdirilməsi, hədə qorxu ilə məcburi etirafların alınması kimi geniş yayılmış təcrübənin yaratdığı murdar hərəkətlərdən imtina etməyə çağırdı.
Komitə Azərbaycan hakimiyyətini, “polisin davamlı olaraq fiziki pis rəftar və ya işgəncədən istifadə etməsi ilə yanaşı, təhdidlər, saxta sübutların yerləşdirilməsi və hədə-qorxu ilə etirafların alınması kimi geniş yayılmış ‘murdar hərəkətlərə’ son qoymağa” çağırdı
İyulun 24-də Ülvi Həsənli (yuxarıda), saxlandığı təcridxanada məhbusların sistematik döyülməsi də daxil olmaqla, işgəncə və digər pis rəftar hallarını iddia edən bir məktub dərc etdi.
Həbsdə olan hökumət tənqidçilərinə adekvat tibbi xidmətin verilməməsi davam edib və bunun nəticəsində onların səhhəti əhəmiyyətli dərəcədə pisləşib. Onlar arasında Anar Məmmədli, Ələsgər Məmmədli, Ruslan İzzətli, Əziz Orucov, Fazil Qasımov və Famil Xəlilov da olub. Aprelin 22-də, həbs qətimkan tədbiri nəticəsində 274 gün həbsdə saxlanılan akademik Qubad İbadoğlunun səhhəti pisləşdikdən sonra, o, ev dustaqlığına buraxılıb. Onun barəsində qondarma ittihamlarla bağlı istintaq davam edir və tibbi müalicə üçün ölkədən çıxışına qadağa qoyulub.
LGBTİ insanların hüquqları
Aprelin 19-da, Avropa İnsan Hüquqları Məhkəməsi A. Azərbaycana qarşı və ona bağlı digər 23 müraciətin işini, Azərbaycanın ‘müraciət edənlərin hüquqlarının pozulduğunu’ etiraf edən və onlara təzminat ödəmək öhdəliyini götürən birtərəfli bəyannaməsinə əsaslanaraq dayandırıb.
Ərizəçilər, digər müxtəlif iddialarla yanaşı, LGBTİ insanlar olduqlarına görə diskriminasiya, əsassız həbslər, pis rəftar və məcburi tibbi müayinələrə məruz qaldıqlarını iddia ediblər. Fəalların ədalətsiz saydığı məhkəmə qərarı, bu iddiaları cavabsız qoyub, çünki hakimiyyət səmərəli araşdırmalar aparmaqda və məsul olanları məsuliyyətə cəlb etməkdə uğursuz olub. 2019-cu ildə ərizəçilər, məhkəməyə Azərbaycan hökumətinin ‘birtərəfli bəyannaməsinin şərtlərindən narazı’ olduqlarını və bu bəyanata əsasən verilmiş qərardan məmnun olmadıqlarını bildiriblər.
Sağlam ətraf mühit hüququ
Avqustun 5-i, hökumət Söyüdlü kəndində yerləşən qızıl mədənində, toksik tullantıların olduğu gölməçənin genişləndirilməsi də daxil olmaqla, mədən işlərinin bərpasına icazə verdi
2023-cü ildə, mədən işlərində yaradılan toksik tullantıların qeyri-kafi saxlanması ilə bağlı narahatlıqlardan sonra, etiraz aksiyalarının nəticəsi olaraq mədən işləri bir ildən çox müddətə dayandırılıb.
Yerli sakinlər və ekoloji aktivistlər, tullantıların ciddi sağlamlıq problemləri yaratdığını və ətrafdakı kənd təsərrüfatı torpaqlarını çirkləndirdiyini iddia ediblər.
Etirazlar hakimiyyət tərəfindən amansızcasına yatırılıb.