Həbs edilmiş akademikin səhhəti pisləşib. Azad etməyə çağırın

Qubad İbadoğlu tanınmış siyasi iqtisadçı və vətəndaş fəalıdır. O, 2023-cü il iyulun 23-də mütəşəkkil dəstə tərəfindən saxta pulların hazırlanması, əldə edilməsi və ya satışı ilə bağlı uydurma ittihamlarla saxlanılıb. Bundan sonra, hakimiyyət ona qarşı “dini ekstremizm” ittihamlarını da irəli sürüb. Onun həbsi və təqibi, belə görünür, hökuməti tənqid etməsinə, siyasi və vətəndaş fəaliyyətinə görə qisasdır. Bu fəaliyyətinin son nümunəsi onun Azərbaycan vətəndaşlarından xaricdə antikorrupsiya qanunvericiliyinə uyğun müsadirə olunmuş aktivlərlə azərbaycanlı tələbələrin nəfinə maliyyələşdirilməsi nəzərdə tutulan fondun yaradılmasına dəstəyi olub. Qubad İbadoğlunun səhhəti ilə bağlı ciddi problemləri var və məhkəməyə qədər həbsdə olduğu müddətdə onun həyatı təhlükədədir.


Müraciətin mətni:

Hörmətli Prezident Əliyev,

Mən sizə yazaraq, saxta pulların satışı və dini ekstremizm ilə bağlı qondarma ittihamlarIa Kürdəxanı İstintaq Təcridxanasında saxlanılan Qubad İbadoğlunun dərhal azad edilməsini tələb edirəm. Şübhəsiz ki, siz onun görkəmli elmi və siyasi fəaliyyətindən və hökuməti tənqidlərindən xəbərdarsınız. Onun həbsi və təqibi bu fəalliyətlərinə görə intiqam tədbirləridir. O, dərhal azad edilməlidir.

İyulun 23-də, Qubad İbadoğlu və onun həyat yoldaşı İradə Bayramova içində olduqları maşın nömrə nişanı olmayan avtomobillə vurulduqdan sonra mülki geyimli polis əməkdaşları tərəfindən qanunsuz olaraq saxlanıblar. İradə Bayramova bir müddət sonra ittiham verilmədən  buraxılıb, lakin Qubad İbadoğlu İyulun 24-də Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən mütəşəkkil dəstə tərəfindən saxta pul hazırlama, əldə etmə və ya satma ittihamı ilə həbsdə saxlanıb (Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 204.3.1-ci maddəsi ilə maksimum 12 il azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur). Daha sonra ona qarşı “dini ekstremizm” ittihamı də irəli sürülüb. Noyabrın 16-da onun həbs qətimkan tədbiri müddəti üç ay uzadılıb.

Qubad İbadoğlunun səhhətində ciddi problemlər var, o habelə 2-ci tip şəkərli diabet və hipertoniya xəstəsidir. Ailəsinin dediyinə görə, onun səhhəti həbsdə əhəmiyyətli dərəcədə və davamlı olaraq pisləşib.

Avropa İnsan Hüquqları Məhkəməsi ona həmçinin 39-cu Qaydaya əsasən müvəqqəti tədbirlər elan edərək, Azərbaycan hakimiyyətindən Qubad İbadoğlunun “əlavə tibbi müayinələrdən keçməsini” və lazım gəldikdə onun “xüsusi tibbi müəssisəyə [xəstəxanaya] köçürülməsini” təmin etməsini xahiş edib.

Sizdən Qubad İbadoğlunun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını təmin edəcək addımlar atmağınızı xahiş edirəm. Sizdən həmçinin onun dərhal zəruri tibbi xidmətlə təmin olunmasını və işgəncə və digər pis rəftardan qorunmasını təmin etməyinizi xahiş edirəm. Sizdən qondarma ittihamlar və dəlillərə dair iddiaların effektiv araşdırılmasını təmin etməyinizi və sübutlarla əsaslandırıldığı halda, xüsusən ədaləti pozan bu hərəkətləri edən şəxləri məsuliyyətə cəlb etməyinizi xahiş edirəm. Mən sizdən həmçinin dinc tənqidin və fərqli düşüncənin hədəflənməsi üçün cinayət ədliyyə sistemindən sui-istifadəni dayandırmağınızı xahiş edirəm.

Hörmətlə,

Ünvan:

Azərbaycan Prezidenti

İlham Əliyev
Azərbaycan Respublikası

Bakı, AZ1066

İstiqlaliyyət küçəsi 19
Prezident Sarayı

Email: [email protected]